Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclis 25 il bundan öncə Xocalıda baş verən hadisələri təqksə siyasi baxımdan yox, eyni zamanda, hüquqi baxımdan soyqırımı kimi tanıyır.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aparat rəhbəri Səfa Mirzəyev media rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımının baş verdiyi ötən 25 ilin 24 ilində bu soyqırımı hadisəsi MM-də müzakirə olunub.
“Demək olar ki, hər bir müzakirənin yekunu olaraq qəbul edilən qərarların əksəriyyətində Xocalı faciəsi hüquqi cəhətdən soyqırımı kimi tanınıb. Bunun üçün Milli Məclisin qəbul etdiyi qərarlara baxmaq yetərlidir”- deyə, S. Mirzəyev vurğulayıb.
S. Mirzəyev onu da əlavə edib ki, MM-dəki müzakirələrdə Xocalı soyqırımına həm siyasi, həm də hüquqi qiymət verilib:
“Milli Məclisin ən azından 7 dəfə Xocalı hadisəsini soyqrımı kimi tanıması barədə qərarı var”.
Etikxeber.az