Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi – FOTO

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Etikxeber.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

xocali-sukut

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anırlar, abidənin önünə qərənfillər düzürlər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Əli Həsənov Xocalıdan, “Zeytun budağı”ndan danışdı…

Read Next

“Mülki insan ölürəcək olsaq,millət vəkilləri var…” – TELEJURNALİSTDƏN QANDONDURAN SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir