Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə (MM)  keçirilən “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse-spiker Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Qarabağda bəzi cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur və bu, aradan qalxmalıdır:

“Qanun layihəsi Xocalı soyqırımın 25 illiyi ərəfəsində açıqlanacaq. Layihə Xocalı soyqırımına məruz qalanların hüquqlarının tapdalanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaradacaq”.

Etikxeber.az

 

Read Previous

Bakı sakini yıxılaraq öldü

Read Next

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı dövlət qeydiyyatına alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir