“Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib…Həmçinin, ermənilərin “Uraqan” yaylım atəş sistemi məhv olunub…”-VAQİF DƏRGAHLI ERMƏNİLƏRİ VƏ ERMƏNİSTANI TƏKZİB ETDİ, DAHA BİR ERMƏNİ ZABİTİ MƏHV EDİLDİ -YENİLƏNİB – (6)

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.

Etikxeber.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

***

“Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”.

11:24

***

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”-deyən V. Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb:

“Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

Bunu da V. Dərgahlı bildirib.

11:40

***

Vaqif Dərgahlı: “Ermənistan ordusunun daha bir zabiti məhv edilib”

“Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”.

***
Mətbuat Xidmətinin rəisi: “Bu günkü döyüşlərdə helikopterlərdən istifadə edilmir”

“Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib”.

***

Polkovnik Vaqif Dərgahlı: “Düşmənin daha bir tankı məhv edildi“

“Keçmiş Ağdərə rayonun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib”.

12:40

***

Vaqif Dərgahlı: “Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib”

“Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun  komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib”.

***

Mətbuat Xidmətinin rəisi: “Düşmənin əks-hücum cəhdi dəf edilib”

“Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb”.

Etikxeber.az


Read Previous

“Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – qardaş Türkiyə və qardaş Pakistan…”-İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini -QƏBUL ETDİ – YENİLƏNİB – FOTOLAR

Read Next

“BMT TŞ-nın iclasında qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək”-LEYLA ABDULLAYEVA – XİN VƏ BAŞ PROKURORLUQ BİRGƏ BƏYANAT YAYDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir