Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xristian siyasətçi Mişel Aun Livanda iki ildən çox boş qalmış prezident postuna seçilib.
Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, birpalatalı parlamentdə keçirilən seçkilərin ilk turunda general Mişel Aun deputatların səsinin üçdə ikisini toplaya bilmədiyindən qalib ikinci turda müəyyən olunub.
Bu dəfə Azad Vətənpərvər Hərəkatına başçılıq edən Aun deputatların əksəriyyətinin etimadını qazana bilib.
Qeyd edək ki, 2014-cü il mayın 25-də Mişel Süleyman prezident sarayını tərk etdikdən sonra Livanda ali dövlət postu boş qalmışdı.
İki ildən artıq idi ki, Livan qanunvericiləri həm müsəlman, həm də xristian partiyalarını qane edə biləcək siyasi fiqur barədə razılığa gələ bilmirdilər. Parlamentdə kvorumun olmaması səbəbindən səsvermə 45 dəfə təxirə salınmışdı.
Etikxeber.az