“Xudadat bəy Rəfibəyli, Xosrov bəy Sultanov, Nəriman Nərimanov, Tağı Şahbazi, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Vəli Axundov, Zərifə xanım Əliyeva, indi də Mehriban xanım…”-MUSA QULİYEVDƏN TƏBRİK

Bu gün tibb işçilərinin peşə bayramıdır. Həkimlik dünyanın ən humanist peşəsidir. Heç də təsadüfi deyildir ki, hələ antik dövrlərdən tibbin ən birinci postulatı “Non nocere” – “zərər vermə!” olmuşdur. Həkimlik, təbabət yalnız insana sağlamlıq, şəfqət bəxş etmək sənətidir! Həkimlik sənəti istedad tələb edən sənətdir və dünyadakı bütün yaxşı həkimlər ən istedadlı insanlardır.

Etikxeber.az xəbər verir ki, bunu ixtisasca həkim olan Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“”Virtuoz cərrah” ifadəsi məhz istedadlı cərrahlar haqqındadır, psixiatr həkimlərə ” insan qəlbinin mühəndisləri” adını da haqlı olaraq vermişlər. Yaxın keçmişə qədər terapevtlərə “can həkimi” deyirdilər. “Həkim mərhəmdir”- ifadəsi də xalqın həkimlərə nə qədər etibar etdiyinin göstəricisidir. Həkimlik sənət deyil- incəsənətdir! Şair- həkim, yazıçı- həkim, bəstəkar- həkim kimi tanınmışlarımız da az deyildir!Həkimlər həmişə xalqın önündə gedən ziyalıları olmuşdur, bu gün də elədir. Son yüz ilə baxsaq Azərbaycanın adlı- sanlı həkimləri həm də dövlət quruculuğunda yaxından iştirak edən siyasi xadimlər kimi də tarixi xidmət göstərmişlər: Xudadat bəy Rəfibəyli, Xosrov bəy Sultanov, Nəriman bəy Nərimanov, Tağı Şahbazi, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Vəli Axundov, Zərifə xanım Əliyeva”-deyən komitə sədrinin sözlərinə görə, indi Azərbaycan həkiminin humanistlik missiyasını ölkəmizin birinci vitse- prezidenti hörmətli Menriban xanım Əliyeva şərəflə davam etdirir.

“Bu günlər bütün dünyada tibb işçiləri üçün ağır və şərəfli sınaq günləridir. Koronavirus pandemiyası ilə mübarizənin ön cəbhəsində olan həkim və orta tibb işçilərimiz bir xilaskarlıq missiyasını da öz üzərlərinə götürmüşlər, bu savaşda şəhidlərimiz də var. Allah onlara rəhmət eləsin, yaxınlarına səbir diləyirəm. COVİd-19 la mübarizədə xəstələnənlərə tez sağalmaq arzulayıram.Tibb işçilərimizin peşə bayramını ürəkdən təbrik edir, şərəfli ömür yollarında uğurlar arzulayıram! “-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Onlar ağır və stresli şəraitdə, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olaraq, şərəfli peşələrini icra edirlər…”-ŞAHİN SEYİDZADƏ

Read Next

“Topsuz-tüfəngsiz atəş açan “gözəgörünməz düşmən”lə mübarizənin ön cərgələrində addımladılar…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir