Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək-UZADILDI…

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Etikxeber.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Eyni zamanda, avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

Bu da Nazirlər kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə qərarında əksini tapıb.

Qeyd olunub ki, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.

Etikxeber.az

Read Previous

Xocalının işğaldan azad olunmuş ərazisində iki nəfər-MİNAYA DÜŞDÜ…

Read Next

Bəzi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir