Xüsusi sərt karantin rejimi tətbiq edilən səkkiz şəhər və rayonda 190 manat-BİRDƏFƏLİK ÖDƏMƏ VERİLƏCƏK – RƏSMİ

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərar verib.

Etikxeber.az-ın məlumatına görə, qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Ödəmə iyun ayı üçün nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Onda durum indiki qədər ağır deyildi…”-ERKİN QƏDİRLİ DƏ “NEQATİV” ÇIXDI

Read Next

MM-in növbəti iclası iyunun 25-də olacaq-16 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, DEPUTATLAR YENƏ BİR-BİRİNDƏN İKİ METR ARALIDA ƏYLƏŞƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir