Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Əziz oğlu Sadıqzadənin doğum günüdür.
Emil Sadıqzadənin sabah 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Emil Sadıqzadənin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənəcək, adına ehsan veriləcək.
Məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Emil Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də Samux rayonunun Qovlarsarı kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı, evin sonbeşiyi olub.
Uşaqlıqdan musiqiyə, qarmona böyük həvəsi olub, həm özünün, həm də ailəsinin istəyi ilə musiqi məktəbinə, qarmon sinfinə gedib.
Sonra musiqi təhsilini davam etdirib, Gəncə Musiqi Kollecinə daxil olub və oranı bitirib.
Kolleci bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş istehkamçısı, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib.


19 günlük şərəfli döyüş yolu keçib.
Murov, Kəlbəcər, Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib.
Oktyabr ayının 15-də isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, 16 oktyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb.
O, həm də Qovlarsarının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalı və digər medallarla təltif olunub.
20 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalan Emil subay olub.
Qovlarsarıda adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az