Xüsusi Təyinatlı, “Qarabağ” ordenli, üç övladı Vətənə əmanət qalan Kamran Kazımovun Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Həm Bakı şəhərinin, həm də Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamran Qurban oğlu Kazımovun Anım Günüdür.

Kamran Kazımovun bu gün-6 oktyabr 2025-cil tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə, valideynlərinə-anası Elmira xanıma və atası Qurbanəli Kazımova Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra isə “Qurd qapısı” Mərasim evində Anım məclisi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Məzarını ziyarətdə və Anım məclisində valideynləri, doğmaları, Şəhid ailələri, Qazilər, keçmiş və indiki Xüsusi Təyinatlılar, hərbçilər, din xadimləri, məktəblilər, Xətai rayonunun rəhbər və məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Kamran Kazımov əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib…

Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib…

Ailənin üç övladından biri olub…

2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüblər…

Bakı şəhərində yaşayıblar…

1997-2008-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib…

Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…

Həqiqi hərbi xidmətini Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib…

Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub, ona Leytenant hərbi rütbəsi verilib…

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib…

2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub…

İkinci Vətən Müharibəsi zamanı Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib, oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Bakıda adını daşıyan küçə var…

Kamran həm də ailəli olub…

2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul Vətənə, ailəsinə əmanət qalıb…

Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib…

Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:59

***

FOTOLAR:

14:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dörd ilyarım və ya sabah Onun Əbədiyyətə uğurlanmasından beş il ötür… – KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Bala, sən ananın ağlamağını heç zaman istəmirdin…Amma 5 ildir ki, ananı ağlar, gözləri yaşlı qoymusan…Nə balandan doydun, nə də tək balan səndən doydu…”-6 OKTYABR 2025-Cİ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN KAPİTAN ELVİN KAZIMOVUN FƏDAYƏ KAZIMOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir