“Yəqin ki, Çingizin dəfnində deputat həmkarlarımla birgə iştirak edəcəyəm” – DEPUTAT

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Nazirlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Çingizin atası Salman kişi ilə danışdım, onun dəfn olunacaq vaxt və yerlə maraqlandım. Yəqin ki, onun dəfnində deputat həmkarlarımla birgə iştirak edəcəyəm.

Allah rəhmət etsin!”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

Şəhid Çingiz Qurbanovun cənazəsi Bakıya yola salındı – FOTOLAR

Read Next

6-cı Muğam Müsabiqəsinin seçim turlarına start verildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir