“Demokratiyanı, inkişafı, ədaləti inşa edəcəyik…” – İMAMOĞLU “BEYLİKDÜZÜ”NDƏ ÇIXIŞ EDİR – YENİLƏNİB – (12)

RƏCƏB TAYYİB ƏRDOĞAN: İstanbul seçməni İstanbul üçün ən doğru-düzgün qərarını verəcək

Bu gün-İyunun 23-də Türkiyə vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə saat 9:00) İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə seçkilərdə səsverməyə start verilib.

Etikxeber.az-ın xəbərinə görə, seçicilər saat 17:00-dək öz siyasi iradələrini ifadə edəcəklər.

Səsvermə başa çatanadək təbliğat-təşviqat işlərinin aparılması qadağandır.

Əsas mübarizə  “Cümhur” İttifaqından olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə  “Millət” İttifaqından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin əvvəlki sədri Əkrəm İmamoğlu arasında gedir.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin  iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarı ilə ləğv olunub.

imamoglu-yildirim1

***

Bir azdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla həyat yoldaşı Əminə Ərdoğanın seçki məntəqəsinə gələrək səs vermələri  gözlənilir.

Ərdoğanın eyni zamanda, qısa açıqlama ilə çıxış etməsi gözlənilir.

Qeyd edək ki, hələlik namizədlərdən heç biri səsvermə hüququndan istifadə etməyib.

***

oyyyy

R.T.Ərdoğanla Ə.Ərdoğan artıq səsvermə hüququndan istifadə edilər.

Onlar Üsküdardakı “Saffet Çebi Ortaokulu”na gələrək, seçim etdikləri namizədə səs veriblər.

Ərdoğan qısa açıqlamasında isə qeyd edib ki, “İstanbul seçməni İstanbul üçün ən doğru-düzgün qərarını verəcək, deyə, düşünürəm”. 

Sonra Ərdoğan Üsküdardakı qonşuları ilə görüşüb, onlarla foto çəkdirib.

Eyni zamanda, Ərdoğanın qızı və kürəkəni-nazir Berat Albayraq da səsvermə hüququndan yararlanıblar.

akram

akram-1

***

Ə. İmamoğlu və ailə üzvləri də  artıq səsvermə hüququndan yararlanıblar.

Onlar böyük izdihamın müşayiəti altında seçki məntəqəsinə gəlib və səslərini veriblər.

Ə. İmamoğlu isə “Çox gözəl bir nəticə gözləyirəm. Hər şey çox gözəl olacaq”-deyə, o, sözlərinə əlavə edib.

***

Digər namizəd B. Yıldırm da ailəsi ilə birlikdə səsvermə hüququndan istifadə edib.

Həmçinin, “Millət” İttifaqının liderlərindən olan “İYİ Parti” genəl başqanı Meral Akşənər də Beylerbeyindəki seçki məntəqəsinə gedərək, namizədlərdən birinə səsini verib, seçkilərin İstanbul və Türkiyə üçün xeyirli olmasını diləyib.

O, seçkilərin və səsvermənin nəticələrinin gedişatını İstanbuldan izləyəcəyini də söyləyib.

“Nə olur, olmaz, hər şeyi İstanbuldan təqib edəcəyəm”-deyə, Akşənər vurğulayıb.

***

Artıq səsvermə prosesi başa çatıb.

Hazırda səslərin sayılmasına başlanılıb.

Türkiyə YSK-nın yayın qadağasını qaldırmasından sonra yaxın saatlarda səsvermənin ilkin nəticələri açıqlanacaq.

***

Türkiyənin ANKA xəbər agentliyi ad çəkmədən səsvermənin ilkin nəticələrini açıqlayıb.

İki (əsas) namizəddən biri ilkin nəticələrə görə, 56, digəri isə 44 faiz səs qazanıb.

Rəsmi “Anadolu” Agentliyi isə hələlik heç bir açıqlama verməyib.

***

ANKA növbəti açıqlama yayıb.

Agentliyin yaydığı açıqlamaya görə, hazırda seçki sandıqlarının təxminən 50 faizə yaxını açılıb.

“Anadolu” isə texniki səbəblərdən yerli saatla 19.30-da  ilkin nəticələri açıqlayacağını bildirib.

***

Ə. İmamoğlunun bir azdan səsvermənin nəticələri ilə bağlı ilkin açıqlama verəcəyi gözlənilir.

Onun YSK-nın seçki yayını qadağasını aradan qaldırmasını gözləyir.

İlkin və qeyri-rəsmi məlumatlara görə, İmamoğlunun qalib gəldiyi bildirilir.

***

Hazırda B. Yıldırım ilkin açıqlama verir.

O, İmamoğlunun seçkiləri udduğunu və  onu qalibiyyəti münasibəti ilə təbrik etdiyini bildirib.

***

Hazırda İmamoğlu açıqlama verir.

O, qalibiyyətini, seçkilərin nəticələrini “Nəticələr xeyirlərə vəsilə olsun”-deyə, dəyərləndirib.

İmamoğlu həmçinin, təəssüflə 31 mart tarixində “demokratiya saatı”nın işləmədiyini deyib.

***

İmamoğlu eyni zamanda, R. T. Ərdoğana səslənib.

O, Ərdoğanı İstanbulla bağlı işbirliyinə dəvət edib, eyni zamanda, yaxın günlərdə onunla görüşmək arzusunu ifadə edib.

***

Ə.İmamoğlu hazırda 2 milyondan artıq insanın iştirak etdiyi Beylikdüzündəki izdihamlı mitinqdə çıxış edir.

“23 iyunda sevgi qazandı, sevgi. Biz birləşməyə, uzlaşmaya gəldik. Biz bu şəhərdə demokratiyanı, ədaləti, gələcəyi inşa edəcəyik. Nə sizi aldatacağıq, nə də aldanacağıq”deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, mənim fəndim deyildi, ona görə də…” – HİDAYƏT HEYDƏROV

Read Next

“Duydular və yemədilər” – HACIBƏYLİDƏN 23 İYUN DƏYƏRLƏNDİRMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir