“Yadıma gәlir ölümlә çarpışmağı o maşının…”-NƏBİ XƏZRİNİN OĞLU

Atam o dәqiqәlәri xatırlayanda gözlәri dolurdu. Deyirdi ki, mәn sizә görә qorxurdum, dua edirdim Allaha…

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın görkəmli şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev 55 il öncə yaşananlar barədə bəhs edərkən deyib.

“Qәribә arzular yaranır insanda yaşa dolduqca. 1964-cü ildәn 1975-ci ilә qәdәr atamda bu Volqadan bu rәngdә olmuşdu. O maşınla bütün şimali Qafqazı gәzmişdik. İndiyәdәk nә qәdәr 21-lәr görmüşdüm bu rәngdәkini bu gün şәbәkәdә gördüm vә iki yaşımdan 13 yaşımadәk vaxtlarım kino lenti kimi gәlib gözümün qabağından keçdi, sanki uşaqlığımçün darıxdım . Xatırladığım maşın o maşındır ki, bizi 1965-ci ildә Elbrus dağının әtәklәrindә şiddәtli yağış nәticәsindә dağdan axıb gәlәn sel sularından qorudu.

Mәnim yadıma gәlir ölümlә çarpışmağı o maşının. Maşın dayansaydı dağdan axan yağış suları dibi görünmәyәn dәrәyә yuvarladacaqdı bizi. Atam o dәqiqәlәri xatırlayanda gözlәri dolurdu. Deyirdi ki, mәn sizә görә qorxurdum, dua edirdim Allaha. İndi mәndә bir qәribә arzu oyandı. Qismәt olsa, bu rәngdә Volqadan әldә edim”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Nyukasl Yunayted” Koutinyonu transfer-EDƏ BİLƏR…

Read Next

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans-KEÇİRİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir