Yağıntılar davam edəcək, bəzi yerlərdə intensiv olacaq, sulu qara, qara keçəcək- Nazirlikdən xəbərdarlıq

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  13-15° isti, gündüz  18-21° isti olacağı gözlənilir.

Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti,  gündüz 7-12° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir-SAHİBƏ QAFAROVA

Read Next

777 AAA nömrə nişanı 25 min dollara satıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir