Yağıntılar davam edəcək, külək əsəcək

Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  8-10° isti, Bakıda gecə  6-8° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  85-95% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və  arabir güclənən  külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın  oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanla r üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Rodriqo Maya: “Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir”

Read Next

Növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir