Yağış yağacaq, külək əsəcək-SABAH

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Etikxeber.az

Read Previous

Tək qızını itirmiş Şəhid anası Əsmayə Mahmudova-DÜNYASINI DƏYİŞDİ – FOTOLAR

Read Next

Üç qardaşdan biri, üç övladı Vətənə əmanət qalan, vəzifəsini atıb Vətənin müdafiəsinə yollanan Gəncəli Hacı Rauf Əsgərov, tək bacının tək və subay qardaşı, 22 yaşının tamamından bir həftə sonra Şəhidlik məqamına ucalan Bərdəli Elyaz Qarayev, Naxçıvan Xüsusi Təyinatlılarından olan, 21 yaşında Şəhadətə qovuşan əslən Laçınlı Fərid İlyasov-BU GÜN ANIM VƏ ŞƏHADƏT GÜNLƏRİDİR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir