Yağış yağacaq-SABAH

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Etikxeber.az

Read Previous

Xüsusi Təyinatlı, “Əfsanəvi tabor”un Şəhidlərindən olan “Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin atası Məhəmmədəli Əliyev övladına həsr olunmuş tədbirdə yazarlara, media mənsublarına səsləndi: “ŞƏHİDLƏRİMİZLƏ BAĞLI MƏLUMATLARI TƏHRİF ETMƏYİN, HƏQİQƏTLƏRİ ƏKS ETDİRİN” – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Ermənistan və Azərbaycan uzun illərdən sonra dayanıqlı və davamlı sülhə nail olmaq üçün fürsət əldə ediblər…”-NATO BAŞ KATİBİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir