Yağış yağacaq, şimşək çaxacaq, leysan olacaq-SABAH

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Etikxeber.az

Read Previous

Bu gün-1 oktyabrda Anım və Şəhadət Günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-MEHMAN QƏMBƏROV, ƏSƏD HƏSƏNOV, RAMAL MƏMMƏDOV, TURAL ABDULLAYEV, ZİYADXAN ƏLİYEV, SƏBUHİ MƏMMƏDOV – FOTOLAR

Read Next

Tək və subay övlad, Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun-ANIM GÜNÜNDƏ LÖKBATAN ŞƏHİDLƏR XİYABANINDAKI MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir