Yağış yağıb, dolu düşüb, küləkli hava isə davam edəcək-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB

Mayın 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndi ərazisinə diametri 6-8 mm olan, saat 16:40-16:45 radələrində isə Şahdağa dolu düşüb.

Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 21-24, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

10:51

***

Əvvəlcədən xəbər verildiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.

Etikxeber.az

Etikxeber.az

Read Previous

Ağdaşlı, cəmi 18 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi Yusif Nəbiyev-YAŞASAYDI, BU GÜN 22 YAŞI TAMAM OLACAQDI…

Read Next

Gənc və istedadlı kamança ifaçısının-SOLO KONSERTİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir