Yanan gəmi SOCAR-a məxsusdur? – AÇIQLAMA

İyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) bildirilib.

Qeyd olunub ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər vəfat edib, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi araşdırılır.

Etikxeber.az

Read Previous

Yaponiya Türkiyəyə sığınan suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşmasına kömək edəcək – ABE

Read Next

42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir