Yanlışlıq və xəta aradan qaldırılır-Kürdlərin yaşadığı ərazilərdəki ermənicə tablolar yığışdırılır

Türkiyədə  dövlət idarə və müəssisələrində erməni dilində yazılan və quraşdırılan tablolara rast gəlmək artıq adi hala çevrilib.  Bu hallara daha çox kürdlərin kompakt yaşadığı ərazilərdə rast gəlmək olar.Əgər belə hallar ermənilərin kompakt yaşadığı yaşayış məntəqlərində olsa, bəlkə də, bu, başadüşülən  olar. Bu isə dövlət dili ilə bağlı qanunvericiliyə zidd hesab edilir.Ermənicə yazılan lövhələrə daha çox kürdlərin kompakt yaşadıqları ərazidə rast gəlmək olar.
Etikxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyədə bu halların qarşısının alınmasına başlanılıb. Qanun icraçıları  ermənilərin kompakt yaşamadığı ərazilərdə erməni dilində yazılan lövhələri götürməyə başlayıb.  Mardin əyalətinin Derik bələdiyyəsi binasının üzərində türk, kürd dili ilə yanaşı ermənicə tablo asılıb və qanun icraçıları erməni dilində yazılan tablonu çıxarıblar.
M.B
Etikxeber.az

Read Previous

Abel Məhərrəmov: “500-700 arası bal toplayan 1296 nəfər BDU-nu seçib”

Read Next

Üç yaşlı oğlan uşağı 3-cü mərtəbədən yıxılaraq öldü – FACİƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir