YAP-a birləşən Demokratik Sahibkarlar…Mahmud Məmmədovçular-həm də Eldar Əzizovçular…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu gün hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşdiyini elan edən Azərbaycan Demokratik Sahibkarlar Partiyası (ADSP) bir zamanlar, 1993-ün sonlarından 1995-ci ilə qədər Azərbaycanın üzdə olan, varlı, karlı partiyalarından biri idi…

Onu məşhur iş adamı-bankir Mahmud Məmmədovu yaratmışdı…

Sonra “badbaxt”-demokrat cildinə girən Rəsul Quliyev Mahmud Məmmədovu özünə rəqib görməyə (onda spiker idi), onu çıxışdırmağa başladı və ADSP, Mahmud Məmmədov bir müddət kənara çəkilmək məcburiyyətində qaldı…

Xatırladım ki, yaradılan vaxt çoxları bu partiyaya “kabab iyinə” gələn kimi gəlmişdilər, sonra da Rəsul Quliyevin qorxusundan və digər səbəblərdən qınlarına, kənara çəkilmişdilər…

Onu da xatırladım ki, bir zamanlar bu partiyada Xalq artisti-rəhmətlik Mikayıl Mirzə təmsil olunurdu və ADSP təmsilçisi kimi də parlamentə düşmüşdü…

Həmçinin, bir müddət sabiq millət vəkili, İstiqlalçı deputat Mətləb Mütəllimli bu partiyada təmsil olunurdu… Sonra ayrılıb “Sosial Ədaləti”ni elan etdi…

ADSP-çi tanınmışlar arasında sabiq deputatlardan-keçmiş DTK-çı, yazıçı Yasəf Nəsirli, məşhur qəzəlxan, İslam Partiyasının keçmiş sədri-mərhum Hacı Əlikramın qardaşı, çox ziyalı insan Hacı Mail də vardı…

Hacı Maildən 1996-cı ildə ADSP rəsmisi kimi “7gün” üçün müsahibə də götürmüşdüm…Çox maraqlı da alınmışdı…

…Eyni zamanda, 90-cı illərin ortalarında partiya sədri vəzifəsini birinci müavin kimi o vaxtlar iş adamı olan-Bakının indiki meri Eldar Əzizov icra edirdi…

Hətta “525” üçün ondan danışaraq, razılaşaraq, müsahibə almağa getmişdim-deyəsən, 1997-ci ildi…Amma son anda müsahibədən çəkindi, imtina etdi…

Daha sonra, 90-ların axırları, 2000-ci illərin əvvələrində Mahmud Məmmədov həm özü fəallaşmağa başladı, həm də ADSP-si…

ADSP sədri kimi ondan iki dəfə müsahibə də götürmüşdüm “525” üçün…

Son zamanlarda da Qasım Qasımov adlı bir şəxs bu partiyaya rəhbərlik edirmiş, daha doğrusu, edirdi…

Artıq etməyəcək, çünki ortada ADSP adlı bir partiya yoxdur…

YAP-a birləşməklə, bir zamanların üzdə olan partiyalarından biri öz siyasi ömrünə “əlvida” demiş oldu…Xeyirlisi!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sahibə Qafarova helikopter qəzası ilə bağlı Türkiyə xalqına-BAŞSAĞLIĞI VERDİ

Read Next

Ramiz Mehdiyevin, Hacıbala Abutalıbovun, Əli Həsənovların, Əli Abbasovun, Hüseynqulu Bağırovun, Siyavuş Novruzovun, Akif Əlizadənin, Seymur Orucovun…YAP rəhbərliyindəki son günü…-YAP-IN QURULTAYINDA NƏLƏR YAŞANACAQ? – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir