YAP bələdiyyə seçkilərində iştiraka – QƏRAR VERDİ, MSK-YA MÜRACİƏT ETDİ

Yeni Azərbaycan Partiyası (YAP) 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK)  müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, YAP-ın İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib.

İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, YAP 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

MSK-ya ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilir ki, YAP ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atıb:

“YAP  İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib”.

Etikxeber.az

Read Previous

YAP-çı deputatlar son kadr dəyişiklikləri barədə – NƏ DEDİLƏR, RAZIDIRLARMI?

Read Next

“Alimlər səbirsizliklə bunu gözləyirlər…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir