YAP-çı bələdiyyə üzvlüyünə namizədlər-ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİLƏR VƏ… – FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlər-Sədaqət Həsənova və Rəşad Sadıqov bu gün-12 yanvar 2025-ci il tarixində təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəhid ailələrini ziyarət ediblər.

Etikxeber.az xəbər verir ki, Səbail rayonu ərazisində Şəhid ailələri və Qazilər üçün tikilmiş binada yaşayan İkinci Vətən Müharibəsi Şəhidi Fərid Əliyevin ailəsinin yaşadığı mənzildə baş tutan görüş-ziyarətdə digər Səbailli Şəhid ailələri-Şəhid Yusif Budaqovun anası Lətafət Budaqova və Şəhid Nicat Şükürlünün valideynləri-Yeganə Ayaz Şükürovlar iştirak ediblər.

Bir saata yaxın davam edən görüş-ziyarət isti və səmimi ortamda keçib.

Bələdiyyə üzvlüyünə namizədlər hakim partiyanın seçki proqramından, eləcə də gördükləri işlərdən və seçiləcəkləri təqdirdə, görməyi nəzərdə tutduqları işlərdən danışıblar.

Şəhid ailələri də onları maraqlandıran məsələlərdən bəhs edib, hər iki namizədə seçkilərdə uğurlar arzulayıblar.

Görüş-ziyarət zamanı həm də xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Həşimlinin anası, ali məktəb tələbəsi-SİMUZƏR BAĞIYEVA BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ NAMİZƏD KİMİ İŞTİRAK EDƏCƏK

Read Next

Cəbrayıla növbəti köç karvanı-YOLA SALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir