YAP-çı deputat- FATMA YILDIRIM, SƏRRAF BALAXAN VƏ ELNUR RƏHİMOVDAN YAZDI

Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası (YAP)  Nəsimi rayon təşkilatının 3 dəyərli üzvü xanım  Fatma Yıldırımın, Sərraf Hüseynovun (Sərraf Balaxan), Elnur Rəhimovun namizədlikləri 9 fevralda keçiriləcək parlament seçkilərində partiyamızın vahid namizədlər siyahısında irəli sürülüb. Hesab edirəm ki, partiyamızın rəhbərliyinin bu etimadı, təkcə onlara deyil , bütövlükdə YAP Nəsimi rayon təşkilatına olan etimaddır.

Etikxeber.az xəbər verir ki, bunu 21 saylı Nəsimi birinci seçki dairəsindən seçkilərə qatılan və 5-ci dəfə seçkilərdə iştirak edən millət vəkili, YAP Siyasi Şurasının üzvü və Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

“Bu üç namizədin fəaliyyətini tanıyırsız. Onlar çox layiqlı, çox fəal, bacarıqlı, geniş dünyagörüşü, əqidəli, vətənpərvər üzvlərimizdir və artıq deputatlığa namizədlikləri qeydə alınıb. Onlara bir daha YAP Nəsimi rayon təşkilatı adından uğurlar arzulayıram. İnşallah, əminəm ki, seçicilərimiz, xüsusilə də partiyamızın qiymətli üzvləri 9 fevralda hər üç namizədə səs verəcəklər”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Hüseynov Sərraf Balaxan oğlu 22 saylı Nəsimi ikinci seçki dairəsi, Rəhimov Elnur Fidail oğlu 23 saylı Nəsimi-Səbail seçki dairəsi, Yıldırım Fatma Vidadi qızı isə 93 saylı Bərdə şəhər seçki dairəsindən seçkilərə qatılıb.

Onu da qeyd edək ki, 22 saylı dairəni millət vəkili Asim Mollazadə, 23 saylı dairəni akademik Ziyad Səmədzadə, 93 saylı dairəni isə akademik Gövhər Baxşəliyeva parlamentdə  təmsil edir.

A. Mollazadə ilə Z. Səmədzadə yenidən namizədliklərini irəli sürüblər.

Etikxeber.az

 

 

Read Previous

Namizədlərin 557-yə çatdı – MSK AÇIQLADI

Read Next

Daha bir Şəhidimiz var…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir