YAP-çı deputat toy və yas mərasimlərinin “siyasiləşdirilməsini” mənəviyyatsızlıq adlandırdı: “BELƏLƏRİ ELEMENTAR TƏRBİYƏYƏ MALİK DEYİL”

Mən nəinki o vaxt-2013-cü ildə “Müsavat”ın Divan üzvü, keçmiş deputat həmkarım İkram İsrafilin övladının toy mərasimində iştirak etdim,  hətta, bu yaxınlarda hakimiyyətin ən sərt tənqidçilərindən olan Oqtay Gülalıyevə gedib xəstəxanada baş çəkdim. Hesab edirəm ki,  elə məsələlər var ki, orada siyasət, orada partiyalılıq rol oynamır, orada məsələ, sadəcə, insanlıq məsələsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə son zamanlar sosial şəbəklərdə toy və yas mərasimlərinin, orada iştirak edənlərin  təhqir hədəfinə çevrilməsinə, mənəvi dəyərlərin bəzi qruplar tərəfindən bilərəkdən aşılanmasına, erroziyaya uğradılmasına, eləcə də, özünün bir zamanlar tanınmış müxalifətçilərdən olan İkram İsrafilin oğlunun toy mərasimində iştirakına görə hücumlara məruz qalmasına münasibətini bildirərkən deyib.

nahid

ikram-aydın

“Mən təəssüf edirəm ki,  müəyyən qruplar və müəyyən insanlıqdan uzaq olanlar vaxtaşırı cəmiyyəti birləşdirən dəyərlərə qarşı hücuma keçirlər. Cəmiyyəti mənəviyyatsızlığa sürükləməyə çalışırlar. Yeri gəlmişkən, dünən mən yazınızla tanış oldum və mənə çox pis təsir etdi ki, xeyir işlərə, insanların sevinclərinə gərginlik, qara əhval-ruhiyyə salmaq istəyənlər var”-deyən millət vəkilinin sözlərinə görə, görünür Azərbaycanda milli birlik, vətəndaş həmrəyliyi məsələləri xaricdəki müəyyən  qüvvələri  ciddi şəkildə narahat edir.

“Ona görə də ad-soyadlarını gizlədərək, hansısa bir mimika, feyk profil altında dəyərlərimizii tapdalamağa, insanlarda qarşıdurma yaratmağa çalışırlar. Bunlar insanlıqdan, mədəniyyətdən, azərbaycançılıqdan uzaq ünsürlərdir və onların  yazdıqları göstərir ki, həmin ünsürlər nəinki mədəniyyətə, elementar tərbiyəyə malik deyillər. Bununla belə, Azərbaycan cəmiyyəti birliyə, həmrəyliyə çox maraqlıdır və  heç bir halda cəmiyyətimizdə bu cür qiymətli dəyərləri silmək, aşılamaq mümkün olmayacaq”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

https://moderator.az/news/58787.html

Mübarizə KİŞİ kimi aparılmalıdır… – KAMİL HƏMZƏOĞLU YAZDI

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

Prezident iki səfirin – ETİMADNAMƏSİNİ QƏBUL ETDİ

Read Next

QDİƏT PM Baş Assambleyasının 54-cü plenar iclası – SOFİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir