YAP-çı deputatlardan Milli Şuraya – QINAQ, SƏRT ETİRAZ

Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahdi olduq. Onların mitinq keçirmək üçün müraciətinə cavab olaraq müvafiq yerin ayrılmasına baxmayaraq kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qoparması yolverilməz haldır.

Etikxeber.az xəbər verir ki, bunu YAP-çı deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, çünki ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunu durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir.

“Hələ də 30 illik siyasətlərinə əsir olmaqla varlıqlarını qanunu pozmaqla diqqətə çatdırmaq fikrindədirlər.

Qanun keçikçilərinin vəzifə borcuna xidmətlərini qiymətləndirir və bu cür neqativ halların bundan sonra da qanun çərçivəsində qarşısının alınacağına əminliyimizi bildiriririk…”-deyə, o, sözlərinə əlavə edib.

mitinq-

aydin_huseynov

ELDENIZ-3

Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da radikal müxalifəti, Milli Şuranı ölkədə gərginlik, qarşıdurma yaratmağa cəhd göstərməkdə ittiham edib.

Qeyd edib ki, ancaq  nə edirlər-etsinlər, həmin qüvvələr heç zaman  niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcək, ən əsası Azərbaycan xalqı və dövləti buna imkan verməyəcək.

“Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlarla və Konstitusiya idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlarla və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı Şəhər İcra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün də müvafiq yerlər ayırıb.

Bir neçə gün öncə müxalifətə, Milli Şuraya da müraciətlərinə cavab olaraq, mitiniq üçün Lökbatanda yer ayrılmışdı. Əgər müxalifət, Milli Şura həqiqən dediyi kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayaqları idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirdilər. Bilirdilər ki, ora getsələr, daha da biabırçı duruma düşəcəklər, təbdirlərinə ən yaxşı halda min-iki mindən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdular. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün növbəti fürsət tanımağa çalışdılar.

Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb, alınmır. Yenə də və bir daha fiaskoya, məğlubiyyətə məhkum oldular və olacaqlar. Həm də birdəfəlik dərk etməlidirlər ki,  Azərbaycanda, hakimiyyət məsələsi küçələrdə həll olunmur. O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirdlərsə, güclərini seçkilərdə sınasınlar, qalib gəlsinlər. Qabaqlarını kəsənvar?!

Amma əmin deyillər, özləri-özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara da kim güvənəcək, etimad edəcək ki? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək, “bəlkə də qaytardılar” olmayacaq”-deyə, E. Səlimov sonra bildirib.

Etikxeber.az

Read Previous

“Tofiq Yaqublu, Rüfət Səfərov və digərləri barədə heç bir məlumat verilmir…” – ARİF HACILI

Read Next

YAP – BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir