Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü öz işinə başlayıb.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə vitse-spiker Bahar Muradova, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.
Görüşə həmçinin, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar.
Görüşü açan MM-in komitə sədri S. Novruzov bildirib ki, tədbir parlament və YAP rəhbərliyinin birgə təşəbbüsü ilə baş tutur.
Onun sözlərinə, görüşdə məqsəd gəncləri Azərbaycan parlamentarizmi, yüz yaşı başa çatmış Azərbaycan parlamentinin şərəfli tarixi və keçdiyi yolla tanış etməkdir.
Sonra gənclərin cəmiyyətin aparıcı, avanqard hissəsi olduğunu deyən S. Novruzov onları sosial şəbəkələrdə fəal olmağa səsləyib:
“Eyni zamanda, hesab edirəm ki, sosial şəbəkələrdə müzakirələr, diskissiyalar aparakən ilkin mənbədən olan məlumatlara əsaslanılmalıdır. Burada ara söhbətlərinə yer verilməməlidir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az