YAP-çılar beynəlxalq təşkilatları ittiham etdilər…

Əli Əhmədov: “Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmir”

Çox təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər.

Etikxeber.az xəbər verir ki, bu fikri Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov Ermənistanda dekabr 9-da keçirilən parlament seçkilərində baş verən ciddi pozuntulara beynəlxalq təşkilatların göz yummasına münasibətini bildirərkən deyib.

Ə. Əhmədov bildirib ki, beynəlxalq təşkilatların bu kimi yanlış yanaşmaları Ermənistanda keçirilən və ciddi pozuntularla müşayiət olunan seçkilərə biganə qalmalarında da özünü göstərir. Onun fikrincə, seçkiləri müşahidə edən beynəlxalq qurumlar nöqsanlara münasibəti açıq şəkildə ifadə etməməklə ikili standartlar nümayiş etdirir: “Yəqin ki, beynəlxalq təşkilatların ikili  standartları insanların, sadə əhalinin  münasibətinə o qədər də təsir etmir. Ermənistanda ciddi pozuntularla baş verən seçkilərin nəticələrinə sadə erməni xalqı öz etirazını bildirir və bundan sonra da bildirəcək. Bununla da, beynəlxalq təşkilatların ikili standartları növbəti dəfə ifşa olunacaq. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmirlər”.

ali_ahmadov_111213

eldeniz-eldeniz

YAP-çı deputat Eldəniz Səlimov isə hesab edir ki, əvvəla, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri əslində seçki deyildi, seçki məzhəkəsi, seçki şousu idi.

“Burada əsl seçkidən əsər-əlamət belə yoxuydu. Bu “seçkilər” müasir tarixə biabırçılıq, saxtakarlıq nümunəsi və qara ləkə kimi düşəcək. Seçicilərin heç 50 faizi belə səsverməyə gəlmədi, seçkiləri belə demək mümkünsə, boykot etdi. Bunu onların Mərkəzi Seçki Komissiyasının sədri  də açıqlamasında vurğulayaraq, demişdi ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Seçiçilərin daha çox yaşadığı, məskunlaşdığı  Yeravanda belə seçici passivliyi müşahidə edilib”-deyən, millət vəkilinin sözlərinə görə, bunlar  hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmlərdir.

O, qeyd edib ki, əslində isə bu faiz daha aşağıdır: “Seçici fəallığının həddindən artıq aşağı olmasının səbəbləri də məlumdur. Bu, insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. 7 aylıq hakimiyyət dövrü də  göstərdi ki, Paşinyan xalqın yox, “başqaları”nın qulluğundadır. Paşinyan Ermənistandan, ermənilərdən daha çox başqalarına, onun inqilab, çevriliş yolu hakimiyyətə gətirənlərə xidmət edir. Bu insanın özünün şəxsi-müstəqil mövqeyi belə yoxdur. Bu gün bir söz deyir, sabah başqasını. Bu gün atdığı addımın sabah ziddinə gedən başqa bir addım atır. Belə olan halda, cinayətkar xuntadan- sarkisyanlardan, koçaryanlardan bezənlər, nicatı paşinyanlarda görüb, qısa zamanda da xəyalqırıqlığına uğrayanlar daha nə etməli idiilər ki? Təbii ki, seçkilərə inamsızlıq nümayiş etdirməliydilər və etdirdilər də…”.

Millət vəkiili seçkilərin həm də ciddi saxtalaşdırma, kobud qanun pozuntuları şəraitində keçirildiyini və bunların da dünyanın gözü qarşısında baş verdiyini bildirib: “Seçkilərdə  çox ciddi saxtakarlıqlar, qanun pozuntuları  baş verdi. Yenə də deyirəm ki, əslində buna seçki də demək olmazdı, seçkinin işartıları belə yoxuydu. Amma oynanılan “seçki oyunu” da çox biabırçılıqla səhnələşdirildi, məzhəkəyə çevrildi. Belə olan halda, haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Niyə Azərbaycana başqa cür-ikili, üçlü standartlarla, Ermənistana is ayrı cür yanaşırlar, onun etdiklərini görməzdən gəlirlər? Harada qaldı onları bar-bar bağırdıqları haqq, ədalət, insan haqları, demokratiya? Yenə niyə gözləri yumulub onların?  Bu baxımdan hesab edirəm ki,  beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır. Artıq oyun oynamağa, ədalətsizliyə, haqsızlığa, saxtakarlığa göz yumulmasına son qoyulmalıdır. Ermənistana, onun cinayətkar rəhbərliklərinə-indikili və keçmişli hamısına layiq olduqları, haqq etdikləri yer tanıdılmalı, cəzalandırılmalıdırlar”.

Etikxeber.az

Read Previous

46 mənzilin və 3 obyektin icazəsiz sökülməsi ilə əlaqədar cinayət işi başlandı – RƏSMİ

Read Next

Heydər Əliyev babasının və nənəsinin məzarını ziyarət etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir