YAP-çılar Çin kommunistləri ilə bir araya gəldi, 6-cı söbədə oldular – FOTOLAR

Hadi RƏCƏBLİ: “Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır”

Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan hakim partiyanın nümayəndə heyəti sentyabrın 11-də ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departamentinin rəis müavini Van Minlə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

Nümayəndə heyətinin rəhbəri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) komitə sədri Hadi Rəcəbli müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib, Heydər Əliyev siyasətinin uğurlu nəticələrini vurğulayıb.

çin-yap-1

çin-1

çin-yap

Qeyd edib ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır.

Komitə sədri, həmçinin, YAP-ın ÇKP ilə əlaqələrin inkisafına böyük əhəmiyyət verdiyini bildirib.

Öz növbəsində Van Min Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Çinə səfəri sentyabrın 17-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Hərbçilərlə bağlı 2 qanun dəyişdirilir – DAXİLİ QOŞUNLAR, HƏRBİ QULLUQÇULARIN STATUSİ İLƏ DƏ BAĞLI QANUNLARA YENİDƏN BAXILACAQ

Read Next

“Onların başlıca “vəzifəsi” ara qarışdırmaq, insanları çaşdırmaqdır…” – TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir