YAP-çılar təcili – TOPLAŞDI – 19 OKTYABR AKSİYASI MÜZAKİRƏDƏDİR – YENİLƏNİB – (1)

Əli ƏHMƏDOV: “Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir…”

Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında-İcra Katibliyində növbəti tədbir öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, tədbir YAP-ın İcra katibi və sədr müavini, vitse-pemyer Əli Əhmədovun rəhbərliyi ilə keçirilir.

Tədbirdə İcra katibinin müavinləri, Mərkəzi Aparatın əməkdaşları, partiyanın parlamentdəki təmsilçiləri və digərləri iştirak edirlər.

Tədbirdə Milli Şuranın 19 okryabrda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya ilə bağlı məsələnin daha çox müzakirə olunacağı gözlənilir.

***

Tədbirdə çıxışlara başlanılıb.

Çıxışçılar 19 oktyabrda yaşananları, Milli Şuranın addımlarını pisləyiblər.

***

“Bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var”. 

Bunu isə  çıxışı zamanı YAP sədrinin müavini-icra katibi Ə. Əhmədov deyib.

YAP rəsmisi bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilmiş qanunsuz aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini ifadə etməlidir.

“Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıb”.

 Ə.Əhmədov qeyd edib ki, ölkədə bütün azadlıqlar təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd edib:
“Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərir. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma niyyətində olublar. Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində insanların mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır.
Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan elə bir yer seçmişdilər ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir”.

İcra katibinin  dediyinə görə, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur:

“Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz”.

Etikxeber.az

Read Previous

“Müsavat”dan – ETİRAZ

Read Next

Prezidentin köməkçisi – HEYDƏR ƏLİYEVİN 32 İL ÖNCƏKİ İSTEFASINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir