YAP-çıları heç bir qüvvə heç zaman öz yollarından döndərə bilməz və bilməyəcək – MİLLƏT VƏKİLİNDƏN ƏLİ ƏHMƏDOV “SƏFƏRBƏRLİK ÇAĞIRIŞI”NA DƏSTƏK

Azərbaycanın sağlam qüvvələri qaim Yeni Azərbaycan Partiyasının (YAP) ətrafındadır və onları heç bir qüvvə öz yollarından döndərə bilməz.

Etikxeber.az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Tahir Rzayev  adıçəkilən patiyanın İcra katibi və sədr müavini Əli Əhmədovun YAP-çıları səfərbərliyə səsləməsinə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, aqressiv, rafikal müxalifətin səyləri dağldıcılıq, yalan, şantaj üzərində qurulduğuna və milli dövlətçiliyimizə zidd olduğuna görə xalqımız tərəfindən dəstəklənməyib və heç zaman da dəstəklənməyəcək.

“Artıq insanlar yalan çağrışlara, hay-küyə, populist vədlərə yox, reallıqlara, görülən işlərə, həyata keçirilən tədbirlərə inanırlar. Onlar ağı qaradan, doğrunu yalandan seçməyi daha yaxşı bacarırlar. İndi ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəlləri, həmin dövrün Azərbaycanı və azərbaycanlıları deyil. İnsanlarımız siyasi cəhətdən daha da müdrikləşib, daha da yetkinləşib.

alikkkk

İnsanlarımız, xalqımız ölkə rəhbərinin siyasi iradəsini qiymətləndirir, sosial- iqtisadi inkişafı,  ictimai-siyasi sabitliyi gələcək həyatlarının mənası hesab edirlər. Birlik və həmrəylik uğrunda mübarizə aparırlar. Bu inamı heç bir qüvvə sarsıda bilməz. Bunu hər kəs yaxşı bilsin və qulağından sırğa etsin”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

T. Rzayev sonda bildirib ki, hər bir vətənini, dövlətini, dövlətçiliyini sevən şəxs, o cümlədən, bütün YAP üzvləri, iqtidar tərəfdarları, vətənpərvər qüvvələr  Ə.Əhmədovun səsinə səs verməli,  onun çağırışına dəstək verməli, səfərbər olmalıdırlar.

Etikxeber.az

Read Previous

“APOEL”lə 90 dəqiqə meydanda psixoloji savaş olacaq…” – TAHİR SÜLEYMANOV YAZDI

Read Next

Futbol tarixinin ən bahalı müdafiəçisi – HARRİ MAQUAYR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir