YAP Gəncə şəhər təşkilatı “Mobilografiya” onlayn təliminə-START VERDİ

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatı “Mobilografiya” onlayn təliminə start verir.

Bu haqda Etikxeber.az-a təşkilatın sədri, millət vəkili Naqif Həmzəyev məlumat verib.

O, qeyd edib ki, iyul ayının 24-də saat 12:00-da start götürəcək təlimin keçirilməsində əsas məqsəd fotoreportyorluq sənətinin inkişafına təkan vermək, bu sahədə mövcud təcrübəni genişləndirmək, gənclərin bacarıqlarını üzə çıxarmaqdır.

“Təlimdə mobilografiya, mobil telefonlarda güclü təsir bağışlayan fotoşəkillərin çəkilməsinin sirləri iştirakçılara çatdırılacaq. Qeyd edək ki, təlim tanınmış və peşəkar foto-jurnalist Jeyhun Abdulla tərəfindən aparılacaq. Təlimdə iştirak etmək istəyən Yeni Azərbaycan Partiyasının üzvləri qeydiyyatdan keçməklə təlimdə iştirak edə bilərlər”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”-MEHRİBAN ƏLİYEVA XALQA MÜRACİƏT ETDİ

Read Next

“Serbiyadan Ermənistana göndərilən silah-sursatda “Sarkisyan izi”-ELÇİN MİRZƏBƏYLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir