“YAP hər zaman xalqın yanında yer alıb…” – SEVİNC HÜSEYNOVA – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, rayonun Moruqlu kəndində reallaşan tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib.

R.Nağıyev bildirib ki, budəfəki parlament seçkiləri yeni islahatlar dövründə ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verəcək.

Bildirilib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə vətəndaşların rifah halı gündən-günə yaxşılaşır.

O, seçiciləri “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Deputatlığa namizədi Sevinc Hüseynova bildirib ki, qədirbilən Gədəbəy seçiciləri hər zaman dövlətçiliyin inkişafına dəstək olublar və siyasi fəallıqları ilə seçiliblər.

S.Hüseynova gədəbəyli seçicilərin fevralın 9-da da YAP-ın namizədlərini dəstəkləyəcəyinə əminliyini ifadə edib:

“Çünki YAP hər zaman xalqın yanında yer alıb. YAP seçkilərə “Daha güclü dövlət naminə!” şüarı ilə qatılır. Bu isə vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdirilməsi deməkdir. Yəni insanlarımız YAP-ın namizədlərinə səs verməklə öz gələcək rifahlarının təminatına səs vermiş olurlar”.

Etikxeber.az

Read Previous

“Zəhmətinizin haqqını alacaqsınız” -SEÇİCİLƏRDƏN DEPUTATLIĞA NAMİZƏDƏ BÖYÜK DƏSTƏK – FOTO-VİDEO

Read Next

“Seçkilər demokratiyanın atributlarından biridir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir