“YAP-ın İdarə Heyətində təmsil olunmaq mənim üçün böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir”-RAMİN MƏMMƏDOV

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirildi. Partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışı gələcək fəaliyyətimiz üçün yol xəritəsi olacaq. Partiyanın strukturunda müəyyən dəyişikliklər barədə qərarlar verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı, cənab İlham Əliyevin rəhbərliyi altında tarixi uğurlara imza atmış Yeni Azərbaycan Partiyasının İdarə Heyətində təmsil olunmaq mənim üçün böyük şərəf və eyni zamanda, çox böyük məsuliyyətdir.

Bunu Etikxeber.az-a millət vəkili, YAP İdarə Heyətinin yeni üzvü Ramin Məmmədov deyib.

“Bu etimada görə Cənab Prezidentə, partiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi ölkənin inkişafına, dövlətimizin güclənməsinə öz töhfələrini verəcək. Azərbaycan torpaqlarını 30 illik işğaldan azad etməklə adını xalqımızın çoxəsrlik tarixinə yazmış, güclü siyasi iradəyə, son dərəcə geniş dünyagörüşünə malik, böyük siyasi lider kimi qəbul olunan Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıradan üzvü olmaq belə qürur duymaq üçün kifayətdir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva YAP sədrinin birinci müavini, Əli Əhmədov sədrin müavini-TAHİR BUDAQOV MƏRKƏZİ APARATIN RƏHBƏRİ TƏYİN OLUNDU – RƏSMİ

Read Next

“Bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var…”-İlham Əliyev – YAP SİYASİ ŞURASI LƏĞV EDİLDİ, 35 NƏFƏRLİK VETERANLAR ŞURASI YARADILDI, İDARƏ HEYƏTİNİN TƏRKİBİ GENİŞLƏNDİRİLDİ, 40 NƏFƏRƏ ÇATDIRILDI, ARİF RƏHİMZADƏ VETERANLAR ŞURASININ SƏDRİ SEÇİLDİ… – FOTOLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir