YAP-ın qurultayı məhdud sayda iştirakçılarla partiyanın-MƏRKƏZİ QƏRAGAHINDA BAŞ TUTA BİLƏR…

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilmə saatı və məkanı hələ də sirr olaraq saxlanılır.

Bu haqda qurultay iştirakçısı olan YAP-çılara heç nə bildirilmir.

Etikxeber.az-ın xəbərinə görə, qurultay iştirakçıları hələlik, sadəcə, Bakıya, YAP-ın mərkəzi qərargahına dəvət ediliblər və bu gün onlardan COVİD-19-la bağlı analizlər, müayinlər götürüləcək.

Adının çəkilməsini istəməyən tanınmış YAP-çılardan birinin dediyinə görə isə qurultay çox güman və ola bilər ki, elə partiyanın mərkəzi qəragahında baş tutsun.

“Çünki ölkədə koronavirus pandemiyası hələ də davam edir. Böyük zallarda qurultayın keçirilməsi heç bir halda ehtimalolunan deyil. Bu baxımdan, mümkündür ki, qurultay elə məhdud sayda iştirakçılarla partiyanın mərkəzi qərargahında keçirilsin. Ancaq təbii ki, bu, mənim şəxsi mülahizələrim, ehtimallarımdır. Qərar bütün hallarda YAP rəhbərliyinindir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir”-XİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir