YAP-ın qurultayının harada və saat neçədə baş tutacağı-BU GÜN AÇIQLANA BİLƏR…

Sabah-martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

Etikxeber.az-ın xəbərinə görə, məhdud sayda olan qurultay iştirakçılarından artıq COVİD-19-la bağlı analizlər, test müayinələri götürülüb.

Bu, dünən partiyanın mərkəzi qərargahında baş tutub.

Bu gün isə həm analizlərin cavablarının məlum olacağı, açıqlanacağı, həm də qurultayın hansı məkanda və saat neçədə keçiriləcəyi ilə bağlı qurultay iştirakçılarına məlumat veriləcəyi gözlənilir.

Belə ki, bu günə kimi qurultayın dəqiq nə vaxt, harada, saat neçədə və hansı formatda keçiriləcəyi sirr olaraq saxlanılır.

Bəzi mümkün ehtimallara görə, koronavirus pandemiyası ilə əlaqədar qurultay YAP İdarə Heyəti və Siyasi Şurasının genişləndirilmiş toplantısı formatında və partiyanın mərkəzi qəragahında baş tuta bilər.

Qurultayın baş tutacağı, keçiriləcəyi təqdirdə də, YAP rəhbərliyində-İcra Katibliyində, İdarə Heyətində, Siyasi Şurada, Mərkəzi Aparatda, rayon və şəhər təşkilatlarında böyük dəyişikliklərin, yenilənmələrin olacağı, partiya sədrinin birinci müavininə yaxın şəxslərin irəli çəkiləcəyi gözlənilir.

20 nəfərlik İdarə Heyətinin ən azı 70-80 faizinin, 84 nəfərlik Siyasi Şuranın ən azı 50-60 faizinin dəyişdiriləcəyi, YAP İcra Katibliyinə-ən azı müavinlər səviyyəsində- yeni şəxslərin gətiriləcəyi, həmçinin, partiyanın sədr müavinlərindən ən azı ikisinin-Əli Həsənov və Akif Əlizadənin başqa şəxslərlə əvəzlənəcəyi ehtimal olunur...

Etikxeber.az

Read Previous

Yaqub Məmmədovun 80 yaşı-TAMAM OLDU…

Read Next

“Əsas təşkilatlarda, qurumlarda çalışan qadınların sayı deyil, görülən işdir…”-BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir