YAP-ın ümumrespublika müşavirəsində nədən bəhs edildi? – YENİLƏNİB – (1) – FOTOLAR

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Etikxeber.az  xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə iqtisadi inkişafın davam etdiyini deyib.

O, bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sayəsində kənd təsərrüfatı, sənaye və digər sahələrdə yüksək artım müşahidə olunur:

“Dövlətimizin başçısının son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin sosial rifahının yüksəlməsinə səbəb olub”.

Ə.Əhmədov deyib ki, məcburi köçkünlər dövlətimizin daim diqqətindədir:

“Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”.

***

Baş nazirin müavini  həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə bu kimi sosialyönümlü tədbirlər daha da artırılacaq:

 

“Əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb. İnsanların həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi tədbirlər görülür. Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib. Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb”.

Ə.Əhmədovun sözlərinə görə, bu, son artımlar deyil, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq.

***

ali-yap-tedbir

ali-yap-tedbir-2

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, əlavə problem yaradır” – ƏLİ ƏHMƏDOV

Read Next

“Bu, doğulmayan qızlara qarşı zorakılıqdır…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir