“YAP məsləhət bilsə…” – HÜSEYNBALA MİRƏLƏMOV 4-CÜ DƏFƏ ŞANSINI SINAYACAQMI?

Seçki Məcəlləsində yaş senzi yoxdur. Mənə gəldikdə, YAP-dan namizəd olmuşam. Əgər YAP rəhbərliyi məsləhət görsə, namizədliyimi irəli sürsə, seçkilərə gedəcəyəm, məsləhət bilinməsə, ikinci söhbət ola bilməz, getməyəcəyəm, vəssalam! Mən heç başqa nəsə düşünmürəm də. Bizim partiyamızın qərarından asılıdır.
Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan 74 yaşlı millət vəkili Hüseynbala Mirələmov deyib.
O, qeyd edib ki, partiya daxilində isə belə söhbətlər aparılmır, orada hamı, sadəcə, öz öhdəsinə düşən vəzifələri ləyaqətlə icra etməklə məşğuldur.
“Gələcəkdə partiya sədri məsləhət bilərsə, seçkidə iştirak edəcəm, əgər məsləhət bilməsə, bunu təbii qəbul edəcəyəm.
Möhtərəm prezidentimiz yeni təyin edilən icra başçılarını qəbul edərkən bildirdi ki, bəziləri sınanmış, təcrübəli, yaşı bir qədər artıq olan şəxslərə qarşı kampaniya aparmaq istəyirlər.
Prezidentimiz qeyd etdi ki, o, buna yol verməyəcək. Dövlət başçımız tam haqlı olaraq buyurdu ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır, bunun sintezi nəticəsində biz gözəl nəticələr əldə edə bilərik…”-deyə, millət vəkili sözlərinə əlavə edib (Musavat.com).
Qeyd edək ki, H. Mirələmov 3 çağırışdır YAP-ı parlamentdə təmsil edir.
Etikxeber.az

Read Previous

Çempionlar Liqasında II dövrə start götürəcək – BU GÜN

Read Next

Sumqayıtda top mərmisi, Qazaxda əl qumbarası, Tərtərdə hərbi sursat aşkarlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir