“YAP Nəsimi rayon təşkilatı Zəfər bayramına-gününə hazırdır”-MƏLAHƏT İBRAHİMQIZI

Millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı müraciət yayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Dəyərli siyasi həmfikirlər, qiymətli dostlar!

Xalqımız çox şərəfli, çox çətin və məsuliyyətli günlərdən keçir. Bəlkə də xalqımızın tarixində belə bir şərəfli mərhələ olmamışdır. 7/77-dən bütün xalq möhtərəm cənab Ali Baş Komandanımızın və Milli Ordumuzun ətrafında sıx birləşərək Vətən müharibəsinin zəfərlə başa çatması üçün mübarizəyə qalxıb, 24 saat ərzində əmr və tapşırıq gözləyir.

Biz çox xoşbəxtik ki, təcavüzkar və terrorçu Ermənistanla döyüşlərdə qəhrəman Ordumuz şücaət göstərərək, tariximizə şərəfli səhifələr yazır. Bizim hər birimiz bu tarixin həm iştirakçıları, həm də şahidləriyik. Bugün biz təkcə işğalçı Ermənistanla mübarizə etmirik, eyni zamanda biz dünya erməniliyi və onların havadarları ilə mübarizə edirik.

Ali Baş Komandanımız, Milli Ordumuz və bütövlükdə xalqımız Türkiyə və Azərbaycana qarşı qurulmuş  məkrli projeyi alt-üst edərək, rəşadət və məharətlə böyük uğurlar qazanırıq. Bu müharibə həm də bizim Qurtuluş savaşımızdır. 27 sentyabrdan bugünəfək xalqımızın LİDERİ və SƏRKƏRDƏMİZ, ALİ BAŞ KOMANDANIMIZ cənab İLHAM ƏLİYEVİN qətiyyətli və cəsarətli çıxışı, əzəmətli duruşu hər birimizdə qələbəyə inamı, əminliyi, ruh yüksəkliyini və əhvali ruhiyyəni daha da artırır.

Hər birimiz inanırıq ki, İnşaAllah tezliklə Ali Baş Komandanımız və Milli Ordumuz 3-cü minilliyin ən möhtəşəm Zəfərinə imza atacaq. Bütün xalqımız kimi, Partiyamızın Nəsimi rayon təşkilatı da bizə çox yaxın olan bu mübarək bayrama səbirsizliklə hazırlaşır.

#YaşasınAliBaşKomandanımız
#YaşasınMilliOrdumuz
#YaşasınAzərbaycan
#ŞəhidlərÖlməzVətənBölünməz
#QəhramanQazilərimiz
#QarabağAzərbaycandır”.

Etikxeber.az

Read Previous

“Pakistan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib…”-SAHİBƏ QAFAROVADAN MİNNƏTDARLIQ

Read Next

“Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib…”-EMİN ƏMRULLAYEV HƏMÇİNİN ONLAYN TƏHSİLLƏ BAĞLI QƏRARIN İCRASININ MÜƏYYƏN ÇƏTİNLİK YARADACAĞINI BİLDİRDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir