YAP növbəti dəfə – İLHAM ƏLİYEVƏ ŞANS TANIYACAQMI?

Azərbaycan cəmiyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə yeni-növbədənkənar parlament seçkilərinə (6-cı cağırış) doğru gedir.

Parlamentin sabahkı iclasında Milli Məclisin (MM) buraxılması və yeni seçkilərə gedilməsi ilə bağlı ölkə Prezidentinə müraciətin  qəbul ediləcəyi və yaxın zamanlarda dövlət başçısı tərəfindən yeni seçkilərin elan olunacağı gözlənilir.

Eyni zamanda, yeni seçkilərlə bağlı (qərar verilməmiş olsa da) gözlər, diqqətlər artıq indidən YAP-a, onun namizədlərinə yönəlib.

İlkin, lakin dəqiq olmayan məlumatlara görə, hazırda parlamentdə təmsil olunan 68 YAP-çı deputatdan təxminən 30-38-nin kənarda qalacağı,  yeni simalara üstünlük vericiləcəyi ehtimal olunur və gözlənilir.

Qeyd edək ki, YAP-ı  parlamentdə təmsil edən millət vəkillərindən biri  də (56 saylı Xaçmaz qəsəbə dairəsi) İlham Əlisəftər oğlu Əliyevdir.

51 yaşlı millət vəkili son iki çağırışdır Xaçmazı MM-də təmsil edir.

İ.Əliyevlə bağlı əsas maraqlı məqam odur ki, o, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, akademik, hazırda Milli Elmlər Akademiyasının  (AMEA) prezidenti olan Ramiz Mehdiyevin kürəkənidir.

Və növbəti namizəd(lər) seçimində R. Mehdiyevə yaxınlığı ilə seçilən bir çox  YAP-çı millət vəkilinin kənarda qalacağı gözlənilir.

Bu sırada İ. Əliyevin də adı hallanır.

Belə olan halda, YAP İ.Əliyevə 3-cü dəfə şans tanıyacaqmı, onun namizədliyində və qələbəsində maraqlı olacaqmı?

Bu suala indidən dəqiq cavab vermək mümkün olmasa da, İ. Əliyevin də “liste dışı” qalacağı daha çox ehtimal olunandır.

Ancaq bütün hallarda İ.Əliyev və digər YAP-çılarla bağlı sualların cavabını gözləmək çox da uzun çəkməyəcək, seçkilərə qərar veriləcəyi təqdirdə, dekabrın sonları, yanvarın əvvəllərində hər şey məlum olacaq.

Etikxeber.az

Read Previous

Cəllad, türk düşməni Njdenin xatirə lövhəsi Armavir şəhərindən götürüldü ki…” – DEPUTAT

Read Next

“Yorulmamışıq…” – FƏTTAH HEYDƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir