“YAP özünün növbəti ali məclisində cəmiyyətin ona olan etimadını dorultdu…”-YAP-ÇI DEPUTAT

Yeni Azərbaycan Partiyasının VII qurultayı müvəffəqiyyətlə başa çatdı. YAP sədri cənab İlham Əliyevin qurultayda çıxışı həm ötən dövrə verilən qiymət, həm də gələcək dövr üçün partiyanın fəaliyyət proqramı olduğu aydın göründü. Altı siyasi partiyanın YAP-a birləşmək müraciəti YAP siyasi təşkilatının yüksək nüfuzundan, həmin partiyaların daha güclü Azərbaycan uğrunda YAP-çılarla birgə fəaliyyət göstərmək istəyindən xəbər verir.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə deyib.

“Cənab İlham Əliyevin yenidən YAP-ın sədri seçilməsi partiyanın onun rəhbərliyini yüksək qiymətləndirməsi, onun siyasi kursu ilə ölkənin qarşısında duran məsələlərin həllinə inamıdır. YAP özünün növbəti ali məclisində cəmiyyətin ona olan etimadını dorultdu, bunu yüksək qiymətləndirdiyini və dövlətin, cəmiyyətin, vətəndaşlarımızın problemlərinin həllində bundan sonra da fəal iştirak edəcəyi mesajını verdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 365 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Mehriban Əliyeva YAP sədrinin birinci müavini, Əli Əhmədov sədrin müavini-TAHİR BUDAQOV MƏRKƏZİ APARATIN RƏHBƏRİ TƏYİN OLUNDU – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir