YAP: qruplar, yarımqruplar…Siyasətin yazılmamış “qaydaları”…-KAMİL HƏMZƏOĞLU YAZIR

27 ildir hakimiyyətdə olan hakim Yeni Azərbaycan Partiyası (YAP) yaranan əzəl gündən (bütün partiyalarda və bütün dünyada olduğu kimi) orada qruplar və yarımqruplar, eləcə də, müstəqillər olub və bu gün də var…

Bu, siyasətdir, onun yazılmamış qaydalarıdır…

Uzun illər YAP-da hakimi-mütləq olan Əli Nağıyevin qrupu (Asya Manafova, Kərim Kərimov, rəhmətlik Zahid Qaralov, o cümlədən, bir çoxları ilə məsafəli münasibətə, müstəqilliyə üstünlük verən Siyavuş Novruzov və digərləri, digər tanınmış simalar, fiqurlar)…

Rəhmətlik Cəlal Əliyev-Əli İnsanov-Akif Muradverdiyev-Yusif Hümbətov “dördlüyü”nün ( eks-spike mərhum Murtuz Ələsgərov da regional cəhətdən bu qrupa yaxın sayılırdı, amma qoca professor bir çox qruplar və yarımqruplarla məsafəli olmağa, onları rəncidə etməməyə üstünlük verirdi…) birgə qrupu… Bir zamanlar PA (Prezident Administrasiyasının) “Qara Yusifi” adlandırlan Hümbətov son anda “cəbhəsini” dəyişdi…

Qərbi azərbaycanlılar (hətta, müxaliflər) arasında “xaç atası” sayılan BDU-nun professoru-rəhmətlik Səfiyar Musayevin qrupu ( YAP sədrinin sabiq müavini, akademik- mərhum Ziya Bünyadov da ona dəstək verirdi və Rəsul Quliyevdən sonra spiker kimi Səfiyar müəllimi görməsi də təsadüfi deyildi)…

Və bu qrup nə Əli Nağıyevi, nə də Murtuz Ələsgərovu qəbul edirdi, onlar da həmçinin…

Sonradan YAP-a nüfuz edən akademik, böyük siyasət və idarəetmə ustası, “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri (hazırda YAP İdarə Heyəti və Siyasi Şurasının üzvü) Əli Həsənovun birgə qrupu…

Bu qrup da Əli Nağıyevi, Cəlal Əliyevi, Əli İnsanovu, Akif Muradverdiyevi…qəbul etmirdi…Murtuz Ələsgərovla isə məsafəli davranırdılar…

Sabiq mer və eks vitse-premyer Hacıbala Abutalıbovun yarımqrupu və sair və ilaxır…

Rəhmətlik Siruz Təbrizli, o cümlədən, Eldar İbrahimov, nisbətən, Arif Rəhimzadə…heç bir qrupa və yarımqrupa qoşulmurdu…

Hamı ilə məsafəli davranmağa çalışırdılar…Həm də rəhmətlik Heydər Əliyevə çox yaxın idilər…

Xüsusilə, YAP-ın yaradılmasının ilk təşəbbüsçüsü olan, dövlət başçısı tərəfindən Heydər Əliyevin ən sədaqətli dostlarından biri adlandırılan professor Eldar İbrahimov

Amma Eynulla Fətullayev məsələsində Sirus Təbrizli Əli Nağıyevə dəstək vermişdi, Eynullanın YAP-dan, Gənclər Birliyinin rəhbərliyindən uzaqlaşdırılmasına etiraz etmiş, dirəniş göstərmişdi…

Ramiz Mehdiyev-Əli Həsənov qrupu ilə də Təbrizlinin münasibətləri hər kəsə yaxşı məlumdur…Qatı düşmənçilik…

…Və bunları idarə edən və özünə tabe etdirən Böyük və Nəhəng siyasət ustası-rəhmətlik Heydər Əliyev-Fenomen…

Siyasət çox təhlükəli, həm də çox maraqlıdır…Həm də səbr elmidir…

Çalışın özünüzü qoruyun, özünüzü yandırmayın!!!

P.S. Bu, bir qədər rabitəsiz yazını isə YAP İcra katibinin müavini Siyavuş Novruzovun mətbuata son açqlama və müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı qələmə aldım, yaddaşımda ilişib qalanların cüzi bir hissəsini qısa yazıya çevirdim…

12:23, 3 iyul

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gündən etibarən 16 gün metro-İŞLƏMƏYƏCƏK

Read Next

“Mətbuatın 145 illik yubileyinə fövqəladə, alışmadığımız bir şəraitdə-koronavirus pandemiyası dönəmində hazırlaşırıq ki…”-JALƏ ƏLİYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir