YAP rəhbərliyi ATƏT-in Ehtiyacların Dəyərləndirilməsi Missiyası ilə görüşdü – FOTO

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov fevralın 22-də partiyanın mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti ilə görüşüb.

ali-atet

Etikxeber.az xəbər verir ki, görüşdə Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-nin seçki departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Fəttah Heydərovu “İstiqlal”la təltif etdi – FOTOLAR

Read Next

Bəxtiyar Vahabzadənin həyat yoldaşı dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir