YAP sədrinin müavini və İdarə Heyətinin üzvü-VİTSE-PREMYERLİKDƏN GETDİLƏR – SƏRƏNCAMLAR

Ölkə prezidenti İlham Əliyev iki vitse-premyerlə bağlı Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, dövlət başçısı Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ali hasanov-yeni-oxu

haci1505460215

Prezident eyni zamanda, Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, hər iki şəxs YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Ə.Həsənov həmçinin, YAP sədrinin müavinidir.

Etikxeber.az

Read Previous

“Əli Kərimli özünə xəsarət yetirib…” – BAŞ PROKURORLUQ

Read Next

Tünzalə, Röya və Mir Yusif – XALQ ARTİSTİ OLDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir