YAP sabah 68 deputatdan kimlərin üstündən xətt çəkəcək-KİMLƏRİ YENİDƏN NAMİZƏD GÖSTƏRMƏYƏCƏK?

Cəmi saatlar sonra hakim partiyanın deputatlığa namizədləri bəlli olacaq.

Belə ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) sabah-17 iyul 2024-cü il tarixində yeddi çağırış Milli Məclisə (MM) seçkilərlə-növbədənkənar parlament seçkiləri ilə bağlı namizdədlər siyahısını müəyyənləşdirəcək və ictimaiyyətə açıqlayacaq.

YAP-ın deputatlığa namizədlərlə bağlı qərarı partiyanın ən ali orqanı olan İdarə Heyətinin sabahkı-növbəti iclasında veriləcək.

Bu yerdə qeyd edək ki, sonuncu-altıncı çağırış MM-də YAP-ın 70 üvzü təmsil olunurdu.

Sonradan həmin millət vəkillərinin sayı 68-ə endi və həmin deputatlar bunlardır:

Eldar İbrahimov, Sahibə Qafarova, Tahir Rzayev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Musa Quliyev, Azər Badamov, Cavanşir Paşazadə, Əli Hüseynli, Oqtay Əsədov, Kamal Cəfərov, Anar Məmmədov, Ağalar Vəliyev, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Ülviyyə Həmzəyeva, Cəbi Quliyev, Vasif Talıbov, Ziyafət Əsgərov, Siyavuş Novruzov, Bəxtiyar Sadıqov, İlham Məmmədov, Nəsib Məhəməliyev, Fatma Yıldırım, Səməd Seyidov, Aqiyə Naxçıvanlı, İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Elman Məmmədov, Mixail Zabelin, Sadiq Qurbanov, Hicran Hüseynova, Aydın Mirzəzadə, Aydın Hüseynov, Kamran Bayramov, Nizami Cəfərov, Əziz Ələkbərov, Elşad Mirbəşir, Sevinc Fətəliyeva, Emin Hacıyev, Sevinc Hüseynova, İsa Həbibbəyli, Ramil Həsən, Malik Həsənov, Afət Həsənova, Anar İsgəndərov, Vüqar İskəndərov, Şahin İsmayılov, Rəşad Mahmudov, Tahir Mirkişili, Müşfiq Məmmədli, Aqil Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Elman Nəsirov, Cavid Osmanov, Anatoliy Rafailov, Əliabbas Salahzadə, Nizami Səfərov, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Səbinə Xasayeva, Nurlan Həsənov, Əhliman Əmiraslanov, Mahir Abbaszadə və Kamaləddin Qafarov.

Ehtimallara görə, həmin millət vəkillərindən bir çoxu bu və ya digər səbəblərdən bu dəfə YAP tərəfindən namizəd göstərilməyəcək.

Yəni, adları çəkilənlərdən Eldar İbrahimovun, Siyavuş Novruzovun, Aqiyə Naxçıvanlının, Bəxtiyar Sadıqovun, İmamverdi İsmayılovun, Vasif Talıbovun, İqbal Məmmədovun, Səbinə Xasayevanın, Mahir Abbaszadənin, Kamaləddin Qafarovun, Oqtay Əsədovun, Əliabbas Salahzadənin, Ağalar Vəliyevin, Sədaqət Vəliyevanın, Nəsib Məhəməliyevin, Məlahət İbrahimqızının, Kamilə Əliyevanın, Sevinc Hüseynovanın, İsa Həbibbəylinin, Cavanşir Paşazadənin, Malik Həsənovun, Əhliman Əmiraslanovun, Şahin İsmayılovun, Tahir Rzayevin, Aydın Mirzəzadənin, Nizami Cəfərovun, Emin Hacıyevin və daha bir neçə YAP-çı deputatın yenidən namizəd göstərilməyəcəyi daha çox ehtimalolunandır.

Hətta onlardan bir çoxunun yenidən namizəd olmayacağı tam və daha dəqiqdir.

Amma bütün hallarda hər şey cəmi saatlar-YAP İdarə Heyətinin iclasından və verəcəyi son qərardan sonra məlum olacaq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu Antiterror Şəhidi Hüseyn Nəsibovun anası Pərvanə Nəsibovaya-“VƏTƏN NAMİNƏ”NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR

Read Next

Prezidentliyə sabiq namizəd, parlamentin Komitə sədri-BU DƏFƏ BƏRDƏNİ YOX, XƏTAİNİ SEÇDİ, ZAHİD ORUC 33 SAYLI XƏTAİ 1-Cİ SEÇKİ DAİRƏSİNDƏN NAMİZƏDLİYİNİ VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir