“YAP seçkilərin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib” – ƏLİ ƏHMƏDOV

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib.

Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verilib.

Etikxeber.az   

Read Previous

“İnsanlar son addımlarla bağlı prezidentə dəstəklərini ifadə edirdi…” – DEPUTAT NÖVBƏTİ GÖRÜŞ-QƏBULUNU KEÇİRDİ – FOTOLAR

Read Next

Türkiyə millisi 2 matçını Bakıda keçirəcək-AVRO-2020-NİN FİNAL MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir