YAP Siyasi Şurasının üzvü, birinci vitse-premyer-YAQUB EYYUBOV DA YOLA SALINIR?!

Yaxın günlərdə Baş nazirin müavinlərindən daha biri-74 yaşlı Yaqub Eyyubovun da vəzifədən gedəcəyi bilirilir.

Etikxeber.az-a daxil olan məlumata görə, Y. Eyyubov artıq istefa ərizəsini yazıb və yaxın günlərdə elan olunacaq.

“Baş nazirin müavinliyindən gedən Hacıbala Abutalıbovun 75, Əli Həsənovun isə 71 yaşı var. Yaqub Eyyubovun isə 74 yaşı yaşı var. 71 yaşlı Əli Həsənovun gedib, ondan 3 yaş böyük olan Birinci vitse-premyerin vəzifəsində qalması məntiqli ola bilməzdi. Odur ki, artıq o da qərarını verib, istefa ərizəsini yazıb və çox yaxın günlərdə elan olunacaq”-deyən mənbənin sözlərinə görə, onun yerinə kimin təyin olunacağı ilə bağlı hələlik tam qərar verilməyib, ancaq istefa açıqlanan gün, yeni vitse-premyerin də kimliyi məlum olacaq.

Qeyd edək  ki, Y. Eyyubov  24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub.

İxtisası – inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

23 oktyabr 2015-ci ildə ölkə başçısı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Yaqub Abdulla oğlu Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam verib.

Həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə “Şərəf” ordeni ilə təltif edib.

2016-cı ildə isə  Vladimir Putin tərəfindən Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y. Eyyubov həm də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvüdür.

Etikxeber.az

 

 

Read Previous

1995-ci ildən MM-də təmsil olunan 10 və ən stajlı millət vəkili – KİMLƏRDİR?

Read Next

“Bakı Zirvəsi Azərbaycanın haqq səsinin eşidilməsinə yeni bir təkan olacaq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir