YAP fəal deputatlarını bir araya topladı – QAPALI MÜŞAVİRƏDƏ NƏLƏR DANIŞLIDI?

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi-qərargahında, partiyanın İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun sədrliyi və hakim partiyanı Milli Məclisdə (MM) təmsil edən deputatların iştirakı ilə medianın iştirakı olmadan qapalı müşavirə keçirilib.

Etikxeber.az xəbər verir ki, müşavirədə YAP İcra katibinin müavinləri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı   MM-in İctimai  birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da iştirak ediblər.

Müşavirəni açan Ə. Əhmədov mövcud ictimai-siyasi proseslərlə, ötən müşavirədən sonra verilən tapşırıqların icrası, görulən işlər və partiyanın qarşısında duran həlli vacib məsələlərlə bağlı fikirlərini bildirib.

meclis-4

Müşavirədə YAP-çı deputatlara fəallıqlarını artırmaları, yerlərdə insanlarla, seçicilərlə daha yaxın, öz çıxışlarında və davranışlarında daha soyuqqanlı və məsuliyyətli olmaları ilə, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinə daha ciddi hazırlaşmaqla bağlı tapışırıq və tövsiyələr verilib.

Sonra müzakirə olunan məsələlərlə əlaqədar millət vəkillərinə  fikir və təkliflərini öyrənmək üçün söz verilib.

Eyni zamanda, qeyd edək ki, müşavirədə heç də bütün YAP-çı deputatlar iştirak etməyib, daha çox fəal və aktiv millət vəkilləri müşavirəyə qatılıblar.

Etikxeber.az

 

 

Read Previous

“Gənc nəslin lazımi tərbiyə olunması hökumətin diqqət mərkəzindədir” – VİTSE-PREMYER

Read Next

Leyla Əliyeva “Nəsimi” antreprizasının – TƏQDİMATINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir