Yaponiya “Krosa”nın əlində qaldı…

Yaponiyanın qərbində cövlan edən “Krosa” tufanının vurduğu ziyan nəticəsində bir nəfər həlak olub, 49 nəfər xəsarət alıb, daha biri itkin düşüb.

Etikxeber.az  xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları mümkün torpaq sürüşmələri, qasırğa, böyük dalğalar və bir sıra rayonlarda çayların daşması barədə xəbərdarlıq yayıblar.

Yaponiya Meteorologiya Agentliyi özü ilə leysan yağışlar gətirən tufanın şimal istiqamətində hərəkət etdiyini bildirir.

Bir sıra rayonlarda yağıntının ümumi səviyyəsi 800 millimetrə çatıb. Avqustun 16-da Sakit okean sahili boyunca geniş ərazilərdə güclü yağışların davam edəcəyi gözlənilir.

Aviaşirkətlər sərnişinlərdən reyslər barədə məlumatları internet vasitəsilə izləməyi xahiş edirlər.

Etikxeber.az

Read Previous

Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür…

Read Next

“Azəriqaz” indi də Abşeronu qazsız qoyur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir